Tayqer Vuds Kimdir? Qolf Tarixinin Əfsanəsi
29.07.2024 - 11:46
Tayqer Vuds Kimdir? Qolf Tarixinin Əfsanəsi

Tayqer Vuds kimdir?

Tayqer Vuds qolfun bu günə qədərki ən uğurlu siması olaraq tarixə keçdiyi kimi, həm də dünyanın ən çox qazanan idmançılarından biridir. 

Tayqer Vudsun əsl adı nədir?

Qaradərili ata və taylandlı ananın övladı olan Tayqer Vudsun əsl adı Eldrik Tont Vudsdur.

Tayqer Vuds idmana necə başlayıb?

Tayqe Vuds 30 dekabr 1975-ci ildə ABŞ-nin Kaliforniya əyalətindəki Los Anceles şəhərində dünyaya gəlib. Stenford Universitetində təhsil alan Vuds 1996-cı ildə rəsmi olaraq professional karyerasına addım atdı.

Professional olmasının üzərindən 1 il keçməmiş ilk beynəlxalq miqyaslı yarışında mükafatçılardan olmağı bacardı. Onun qolfdakı hegemoniyası elə bu dövrdən başlayıb.

Tayqer Vudsun karyerası

2000-ci illərdə Vuds fırtınası idman aləminin ağuşuna almışdı. 2000-2004-cü illər aralığında 264 həftə dünya qolf reytinqinin bir nömrəsi qalaraq təkrarlanması çox çətin olan bir rekorda imza atdı. 2004-cü ilin sentyabr ayından etibarən qısa müddət karyerası düşüşə keçən idmançı itirdiyi birinciliyi 2005-ci ildə yenidən geri qazandı. Bu birincilik düz 5 il 5 ay davam etdi.

Ümumilikdə 12 il ərzində dünyanın bir nömrəsi olaraq qalan Tayqer Vuds 2011-ci ildə reytinq siyahısında 58-ci pilləyə qədər geriləyərək azarkeşlərini məyus etdi. Bu uzunmüddətli qələbəsizlik seriyası 2011-ci ilin dekabrında Şevron Dünya Çempionatında başa çatdı.

Uğursuzluq seriyasından sonra özünə daha çox vaxt ayırıb toparlanma dövrünə girən Vuds 25 mart 2013-cü ildə ən yaxşı ünvanını yenidən qazanmaq şansı əldə etdi. Bu fürsəti yaxşı dəyərləndirən idmançı “Arnold Palmer İnvitational” turnirini qazanaraq yenidən 1 nömrəli qolf ustası oldu. 

Tayqer Vuds əməliyyatdan sonra

Vuds 2013-cü ildə disk əməliyyatı keçirdi. Bu əməliyyat sonrası qolfa bir müddət fasilə verən idmançı dünya reytinqində 104-cü pilləyə qədər gerilədi. Sonuncu dəfə bu mövqedə olanda peşəkar karyerasında hələ çox az turnirə qatılmışdı. Bu uğursuzluqdan sonra Tayqer Vudsun azarkeşləri ondan üz çevirdilər.

Tayqer Vudsun uğurları

Karyerası ərzində 14 böyük qolf çempionatında birincilik qazanan Vuds bir çox orta və kiçik miqyaslı turnirlərdə də uğur qazanmağı bacarıb.

Tayqer Vudsun sərvəti

“Celebrity Net Worth”ə görə, Vuds bütün zamanların ən çox qazanan peşəkar idmançılarından biridir, onun xalis sərvəti 2023-cü ilin iyun ayına qədər 800 milyon dollar olaraq qiymətləndirilir.

writer photo
Əlirza Əlirzalı
0