"Yuventus" finalın bir addımlığında
12.01.2024 - 11:00
"Yuventus" finalın bir addımlığında

İtaliya kubokunun 1/4 finalında "Yuventus" və "Frozinone" üz-üzə gəlib.

Apasport.az xəbər verir ki, matçda "Yuventus" 4:0 hesabı ilə qalib gələrək yarımfinala yüksələn sonuncu komanda olub.

Arkadiuş Milik 11, 38 və 48-ci dəqiqələrdə fərqlənərək het-trik edib. 61-ci dəqiqədə isə Kənan Yıldız toru silkələyib.

Bu nəticə ilə "Yuventus" yarımfinalda "Latsio"nun rəqibi olub. Yarımfinalın digər cütü isə "Fiorentina" və "Atalanta"dır. 

Qeyd edək ki, yarımfinal oyunları mart ayında baş tutacaq. 

writer photo
Əlirza Əlirzalı
0