1017,82 əmsallıq UDUŞ
09.02.2023 - 16:00
Bukmeker kontorlarında növbəti böyük uduş qeydə alınıb.
Apasport.az saytının məlumatına görə, proqnozsevərə Milli Hokkey Liqasının matçları qazanc gətirib.
O, altı oyuna mərc edib. Better üç görüşün əsas vaxtının heç-heçə bitəcəyini, ikisində qalib komandanı, digərində isə komandalardan birinin uduzmayacağını proqnozlaşdırıb.
Kontorun müştərisi bu varianta 20 rubl (0,47 manat) qoyub. Kuponun əmsalı 1017,82-yə çatıb.
Betterin bütün təxminləri doğru çıxıb. Bu, qalibə 20 min 356 rubl (478,37 manat) uduş gətirib.
0
0