“Real”da yeni müqavilə
15.06.2023 - 12:29
“Real”da yeni müqavilə

“Real” futbolçusu Toni Kroosla müqaviləni uzadacaq.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi ilə yeni anlaşma 1 illik olacaq.

33 yaşlı almaniyalı 2024-cü ilin yayına qədər İspaniya klubunda qalacaq. Onun hazırkı müqaviləsi bu ayın sonunda başa çatacaq.

Qeyd edək ki, Toni ötən mövsüm Madrid təmsilçisində keçirdiyi 50 matçda 2 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0