15402,227 əmsallıq REKORD UDUŞ
09.01.2023 - 12:35
15402,227 əmsallıq REKORD UDUŞ

Bumeker kontorlarında daha bir böyük uduş qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, Qazaxıstanda yeni ölkə rekordu müəyyənləşdirən ekspress kupon sahibini sevindirib.

Kulsar şəhərinin sakini 15 min 402,227 əmsallıq kupon yazıb. O, buna cəmi 1000 tenqe (3,72 manat) qoyub.

Ekspressdə İtaliya, İngiltərə, Almaniya, Niderland kimi aparıcı çempionatların oyunları yer alıb. Ümumilikdə 16 görüşə mərc edən better hətta Qazaxıstan çempionatına da proqnoz verib. Bütün təxminləri düz çıxan proqnozsevər 15 milyon 402 min 277 tenqe (57 min 313,38 manat) uduşa sahib çıxıb.

writer photo
Əlirza Əlirzalı
0