59 ilin darmadağını
07.12.2022 - 12:35
59 ilin darmadağını

İsveçrə millisi son 59 ilin ən böyük darmadağını ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Murat Yakının baş məşqçisi olduğu yığma DÇ-2022-nin 1/8 finalında Portuqaliyaya 1:6 hesabı ilə uduzub.

İsveçrəlilər 1963-cü ildən sonra belə ağır məğlubiyyət almamışdı. Onların sonuncu acınacaqlı darmadağını İngiltərə ilə matça təsadüf edib. 1963-cü ildə futbolun yaradıcıları 8:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, İsveçrə final mərhələlərində ilk dəfə 6 top buraxıb.
 

writer photo
Əlirza Əlirzalı
0