9243,24 əmsallıq UDUŞ
06.01.2023 - 14:49
9243,24 əmsallıq UDUŞ

Bukmeker kontorlarında növbəti böyük uduş qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, proqnozsevərin 10 matçdan ibarət ekspress kuponu qazanc gətirib.

O, İngiltərə Premyer Liqasının və İspaniya kubokunun görüşlərinə mərc edib. Oyunlardan dördünün əmsalı 3,00-dan yüksək olub.

Ümumi əmsal isə 9243,24-ə çatıb. O, iki qarşılaşmada heç-heçəyə, digərlərində qalibə proqnoz verib.

Müştəri bu kupona 250 rubl (5,90 manat) yatırıb. Onun uduşu isə 2 milyon 310 min 810 rubl (54 min 535,12 manat) təşkil edib.


 

writer photo
Əlirza Əlirzalı
0