Hames Rodriges “Olimpiakos”da
14.09.2022 - 14:36
Hames Rodriges “Olimpiakos”da

Avropa Liqasında “Qarabağ”ın rəqibi olan “Olimpiakos” heyətinə daha bir ulduz qatır.

Apasport.az saytının məlumatına görə, Yunanıstan klubu heyətini Hames Rodrigeslə gücləndirir.

Kolumbiyalı futbolçu bu gün Pireyə gələcək. O, tibbi müayinədən sonra “Olimpiakos”a qoşulacaq.

Qeyd edək ki, Rodriges “Qalatasaray”ın da transfer siyahısında yer almışdı.
 

writer photo
Əlirza Əlirzalı
0