Misli Premyer Liqasında XXXVI turun təyinatları müəyyənləşib.
Apasport.az xəbər verir ki, son turun mərkəzi görüşünü Əliyar Ağayev idarə edəcək.
FİFA dərəcəli hakim “Neftçi” – “Sabah” matçında ədaləti qoruyacaq. Bu görüş Avropa kuboklarına vəsiqə qazanmaq baxımından hər 2 komanda üçün böyük əhəmiyyətə malikdir.
Qeyd edək ki, son turun oyunları mayın 25-26-da olacaq.
25 may (şənbə)
“Zirə” – “Səbail”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
Zirə İdman Kompleksinin stadionu, 19:00
“Neftçi” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Azər Əsgərov
“Neftçi Arena”, 19:00
“Sumqayıt” – “Qəbələ”
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Seymur Səlimli
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00
26 may (bazar)
“Turan Tovuz” –“ Kəpəz”
Hakimlər: Rəşad Əhmədov, Kərim Zeynalov, Sənan Atayev, Nicat İsmayıllı
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: İlham Əliyev
Tovuz şəhər stadionu, 17:00
“Araz-Naxçıvan”– “Qarabağ”
Hakimlər: Əkbər Əhmədov, Rəhman İmami, Asif Abdullayev, Rauf Allahverdiyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Azersun Arena”, 19:30