“Neftçi”nin transfer siyahısında yer alan daha bir futbolçunun adı bəlli olub.
Apasport.az saytının məlumatına görə, transfer axtarışlarını davam etdirən Bakı klubu Samuel Asamoanın xidmətində maraqlıdır.
Toqo milli komandasının yarımmüdafiəçisi hazırda Krayova “Universitetya”sında forma geyinib. “Ağ-qaralar” Rumıniya klubu ilə danışıqlara başlayıb. Futbolçunun özü “Neftçi”də oynamaq istəyindədir.
29 yaşlı dayaq yarımmüdafiəçisi Krayova təmsilçisinə qədər “Eupen”, “Löven”, “Sent-Trüden”də çıxış edib. O, 2021-ci ildə indiki klubuna keçib.
Qeyd edək ki, Toqo yığmasında 2022-ci ildə debüt edən Samuel 7 matç keçirib.