Ardıcıl ikinci çempionluq
07.12.2023 - 12:26
"Palmeyras" Braziliya çempionluğunu qazanıb.
Apasport.az xəbər verir ki, komanda ardıcıl ikinci mövsümdə bu ada sahib olub.
Son turun matçında komanda səfərdə “Kruzeyro” ilə qarşılaşıb. 1:1 hesablı heç-heçəyə nail olan San-Paulu təmsilçisi bununla da xallarının sayını 70-ə çatdıraraq, ən yaxın rəqibi “Qremio”nu 2 xal qabaqlayıb.
Qeyd edək ki, bu nəticə “Palmeyras”ın 12-ci çempionluğu kimi tarixə düşüb.
0
0