Modriç "Real"dan ayrılmağa hazırlaşır
03.01.2024 - 14:33
Modriç "Real"dan ayrılmağa hazırlaşır

"Real"ın yarımmüdafiəçisi Luka Modriçin gələcəyi qeyri-müəyyən olaraq qalır.

Apasport.az " Relevo"ya istinadla xəbər verir ki, 38 yaşlı oyunçu müqaviləsini 2025-ci ilə qədər uzatmaqdansa, hazırda ayrılmağa meyillidir.

Luka Modriç bu mövsüm "Real" forması ilə 20 oyunda 1 qol və 3 məhsuldar ötürmə edib.

Qeyd edək ki, xorvatiyalı futbolçunun hazırkı müqaviləsi iyunda başa çatır.

 

writer photo
Əlirza Əlirzalı
0