Bir qolun gətirdiyi MİLYON
16.03.2023 - 12:49
Bir qolun gətirdiyi MİLYON

Bukmeker kontorlarında böyük mərc qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, proqnozsevər bir qola sanballı məbləğdə pul yatırıb.

Bu, Rusiya kubokuna təsadüf edib. Better “Ural”ın “Spartak”la oyunda qol vuracağına mərc gəlib.

O, yarımfinalın ilk görüşündəki təxmininə 341 min 375 rubl (7 min 612,66 manat) vəsait yatırıb. Bu variantın əmsalı 3,25-ə bərabər olub.

“Ural” 67-ci dəqiqədə Moskva klubunun qapısına yol tapıb. Bu top müştəriyə 1 milyon 109 min 469 rubl (24 min 741,16 manat) uduş gətirib.

writer photo
Əlirza Əlirzalı
0