Debütant Dortmundda təslim olmadı
02.09.2023 - 00:31
Dortmund “Borussiya”sı ardıcıl ikinci oyunda xal itirib.
Apasport.az saytı xəbər verir ki, komanda autsayder “Haydenhaym”la bacarmayıb.
“Borussiya” ilk 15 dəqiqədə 2:0 hesabı ilə önə keçsə də, üstünlüyünü qorumağı bacarmayıb. Qonaqla fasilədən sonra oyunda dönüş yarada və iki qol vura biliblər. Bu, debütantın mövsümdə ilk xalı olub.
Almaniya Bundesliqası
3-cü tur
“Borussiya” D – “Haydenhaym” – 2:2
0
0