Bukmeker kontorlarında növbəti qeyri-adi uduş qeydə alınıb.
Apasport.az saytının məlumatına görə, rusiyalı proqnozsevər həftəsonu baş tutan qarşılaşmalardan dördünün də dəqiq hesabını tapıb.
Maraqlıdır ki, better bütün görüşlərdə meydan sahiblərinin eyni – 2:1 hesablı qələbəsinə mərc gəlib. Cəmi 50 Rusiya rublu qoyuluş edən həvəskar 247 min 104 rubl uduşa sahib çıxıb. Bu kuponun əmsalı 5 minə yaxın - 4942,08 olub. Adı açıqlanmayan qalib Rusiya və İngiltərə Premyer Liqasının nəticələrinə sevinib.
“Çelsi” – “Vest Hem” – 2:1 (əmsal - 8,00)
“Tottenhem” – “Fulhem” – 2:1 (əmsal – 7,80)
“Krasnodar” – “Soçi” – 2:1 (əmsal – 9,90)
“Dinamo” M – “Ural” – 2:1 (əmsal – 8,00)