Mbappenin son şansı
31.12.2023 - 21:06
Mbappenin son şansı

Madrid ”Real”ının Klian Mbappe israrı davam edir.

Apasport.az xəbər verir ki, klub rəhbərliyi gələn həftə PSJ-nin hücumçusu ilə müqavilə imzalamağa hazır olub-olmadığını öyrənmək üçün əlaqə saxlamağı planlaşdırır.

Tərəflər bu barədə əvvəlki görüşdə razılığa gəliblər. Futbolçunun PSJ ilə müqaviləsinin bitməsinə 6 ay qalıb ki, bu da ona digər klublarla danışıqlar aparmağa və hətta müqavilə imzalamağa imkan verir. "Real" bundan yararlanmağa hazırlaşır və Mbappe və ətrafı razılaşarsa, yanvarın əvvəlində onunla müqavilə imzalanacaq.
Madrid klubu fransız futbolçuya illik 26 milyon avro maaş və 130 milyon avro imza bonusu təklif edir. Bu, onu klub tarixində ən çox maaş alan futbolçu edə bilər. Lakin Mbappe PSJ-də qalsa, onun Parisdəki maaşı “Real”ın təklif etdiyindən yüksək olacaq.

Qeyd edək ki, 25 yaşlı hücumçu bu görüş zamanı “kral klubu” rəsmilərinə  dəqiq cavab verməsə, o zaman onun namizədliyindən imtina ediləcək.
 

writer photo
Əlirza Əlirzalı
0