“Əl- İttihad”dan Salaha rekord təklif – 250 milyon
05.09.2023 - 17:04
Ərəblər Məhəmməd Salahı transfer etmək üçün yeni təklif hazırlayıblar.
Apasport.az saytı xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl- İttihad” klubu “Liverpul”a bu keçid üçün veriləcək məbləği 250 milyon avroya qaldırıblar.
Bu, öncəki təklifdən 50 milyon artıqdır. Mersisayd təmsilçisinin 31 yaşlı misirli üçün təklif olunan məbləğə hələlik cavab verməyib.
Qeyd edək ki, transfer qiymətində rekord karyerasını məhz sözügedən ölkənin “Əl Hilal” klubunda davam etdirən braziliyalı Neymara məxsusdur. 2017-ci ildə PSJ onun keçidi üçün "Barselona"ya 222 milyon avro ödəyib.
0
0