Bu gün Braziliya A seriyasının XII turunda “Flamenqo” “Kuiaba”nı qəbul edəcək.
Apasport.az saytının məlumatına görə, futbol eksperti Anton Getta “Marakana”da baş tutacaq görüşə proqnozunu verib.
Rusiyalı mütəxəssis “Kuiaba”nın səfərdə qol vuracağına əmindir:
“Flamenqo” son üç ildə iki çempionluq qazanıb, ötən mövsümün də vitse-çempionudur. Bununla belə, yeni mövsümün 11 turundan sonra turnir cədvəlində biabırçı mövqe tutur - 16-cı yer. “Qırmızı-qaralar” derbidə “Fluminense”yə qalib gəldikdən sonra ardıcıl 3 görüşdə uduzub. “Kuiaba” isə iki il əvvəl elitaya yüksəlib, ötən mövsümü 15-ci pillədə başa vurub. Onların da cari mövsümdəki cari mövsümdəki performansı “Flamenqo” ilə eynidir.
Bukmekerlər bu cütlükdə ev sahiblərini favorit görür. Ötən mövsüm bu komandaların dueli zamanı “Flamenqo” səfərdə 2:0 hesabı ilə qalib gəlib, evdə qolsuz bərabərə qalıb. Nəzərə alaq ki, “Flamenqo” qeyri-sabit çıxış edir. Amma “Kuiaba” da son 5 səfər matçının 4-də uduzub, 2-də fərq böyük olub. Ev sahibləri zəif təsir bağışlamaqla, qonaqlar isə müntəzəm qol vurmaqla seçilir.
Əlbəttə, “Flamenqo” nisbətən güclüdür, qələbə şansı yüksəkdir. Bu səbəbdən nəticədən çox qonaqların qoluna mərc etmək məntiqlidir. Fakt budur ki, “Kuiaba” bu mövsüm bütün səfər görüşlərində qol vurub. “Flamenqo”nun müdafiədə etibarlı olmadığını görürük. Bu üzdən mən qonaqların mütləq qol vuracağına mərc edərdim.
Proqnozum: “Kuiaba” qol vuracaq.