İngiltərə Premyer Liqasında daha 2 təxirə salınmış matç keçirilib.
Apasport.az xəbər verir ki, formada olan "Nyukasl" VII turdan təxirə salınmış matçda Londonda "Vest Hem"i darmadağın edib – 5:1. Bununla da "Nyukasl" ardıcıl 4-cü qələbəsini qazanıb.
Ötən tur "Nyukasl"a 0:2 uduzmuş "Mançester Yunayted" isə 3 oyunluq qələbəsizlik seriyasına son qoyub. Komanda XXV turdan təxirə salınış matçda "Old Traford"da Markus Reşfordun yeganə qolu ilə "Brayton"u məğlub edib – 1:0.
Bu qələbələrdən sonra "Nyukasl" və "Mançester Yunayted"in turnir cədvəlindəki mövqeyi dəyişməyib. 53 xala malik hər 2 komanda turnir cədvəlində müvafiq olaraq 3-cü və 4-cüdür.