"Mançester Yunayted" öz meydanında xal itirdi
09.02.2023 - 02:04
"Mançester Yunayted" öz meydanında xal itirdi

"Mançester Yunayted" yenə İngiltərə Premyer Liqasının təxirə salınmış matçında xal itirib.

Apasport.az xəbər verir ki, "Yunayted" VIII turdan təxirə salınmış matçda heç də yaxşı günlərini yaşamayan "Lidz"i qəbul edib.

Müvəqqəti məşçi ilə meydana çıxmış qonaqlar 2:0 qalib gəlsələr də, hesabdakı üstünlüyü qoruyub saxlaya bilməyiblər. Beləliklə, görüş 2:2 hesabı ilə başa çatıb. Bu nəticə ilə Erik ten Haxın yetirmələri əzəli rəqib "Mançester Siti" ilə xalları bərabərləşdirmək imkanını əldən verib. 

Qeyd edək ki, "qırmızı şeytanlar" yanvarın 19-da VII turdan təxirə salınmış "Kristal Pelas"la matçda da qələbə qazana bilməmişdi – 1:1.

writer photo
Əlirza Əlirzalı
0