Məmməd Quliyev karyerasını ölkə xaricində davam etdirəcək
12.12.2023 - 00:14
Məmməd Quliyev karyerasını ölkə xaricində davam etdirəcək

Azərbaycanlı futbolçu Məmməd Quliyev Taylandda özünə yeni komanda tapıb.

Apasport.az xəbər verir ki, həmyerlimiz Tayland üçüncü liqasının təmsilçilərindən olan "Saraburi"yə keçib.

O, mövsümün sonuna qədər bu komandanın formasını geyinəcək.

Qeyd edək ki, Quliyev karyerası ərzində Azərbaycanda "Rəvan”, "Keşlə”, “Şüvəlan”, Taylandda isə  “Kamphenqfet”, “Kasem Bundit”, “Tonburi Yunayted”, “Uttaradit”də kimi klubların formasını geyinib.

 

writer photo
Əlirza Əlirzalı
0