“Milan”ın şansı əldən verməsi inandırıcı deyil”
22.05.2022 - 12:31
“Milan”ın şansı əldən verməsi inandırıcı deyil”

Firuz Abdulla (AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri):

İtaliya A seriyasının son turu ərəfəsindəyik. Mövsümün həddindən artıq maraqlı keçdiyini desək, təbii ki, yanılmarıq. Ən azı bir fakt bu fikrimizi təsdiqləyə bilər: çempion məhz son turda müəyyənləşəcək. Hazırkı məqamda dəqiq bəlli olan bir məsələ var ki, Skudetto bu il də Milanı tərk etməyəcək. İtaliya futboluna xüsusi maraqla yanaşanları intizarda saxlayan məqam ondan ibarətdir ki, titul Milanın “Cüzeppe Meatsa” hissəsindəmi qalacaq, yoxsa “San-Siro” səmtinə doğru ilk baxışda kiçik görünə bilən, lakin mahiyyət etibarilə böyük yerdəyişməmi edəcək...

“İnter”i 2 xal qabaqlayan “Milan” 38-ci tura mütləq lider kimi daxil olur və “rossoneri”ni çempionluqdan cəmi 1 xal ayırır. Həlledici turda liderin öz mövqeyini əldən verməsi üçün ikiqat möcüzə baş verməli, “Milan” məğlub olmalı, “İnter” isə qalib gəlməlidir. “Neradzuri” üçün titulu qoruyub-saxlamaq həddindən artıq çətin görünsə də, nəzəri baxımdan mümkünsüz deyil.

Bütün mümkün variantları, ehtimalları nəzərə almalı olsaq belə, “Milan”ın bu şansı əldən verəcəyi inandırıcı görünmür.
 

writer photo
Əlirza Əlirzalı
0