“Barselona”nın Rabyo planı
25.10.2022 - 00:00
“Barselona”nın Rabyo planı

“Yuventus”un futbolçusu Adrien Rabyo karyerasını İspaniyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Barselona”nın maraq dairəsinə düşüb.

La Liqa klubu müqaviləsi mövsümün sonunda başa çatacaq Rabyonu azad agent kimi heyətinə qatmağı planlaşdırır. Xavi yarımmüdafiə xəttini yeniləmək istəyir və fransalı onun namizədlər siyahısındadır.

Qeyd edək ki, yarımmüdafiəçiyə “Mançester Yunayted” də maraq göstərir.

writer photo
Əlirza Əlirzalı
0