"Nyukasl" 90+3 və penalti qolu ilə 3 xal qazandı
18.03.2023 - 02:00
"Nyukasl" 90+3 və penalti qolu ilə 3 xal qazandı

Top-5 çempionatların bəzilərində turun açılış oyunları keçirilib.

Apasport.az xəbər verir ki, martın 27-də Azərbaycan millisinin rəqibi İsveç yığmasının hücumçusu olan Aleksander İsakın dubl etdiyi görüşdə "Nyukasl" vacib 3 xal əldə edib. "Sağsağanlar" bu qələbəyə 90+3-cü dəqiqədə penalti qolu ilə nail olublar.

İtaliya A Seriyası
XXVII tur

"Sassuolo" – "Spetsya" 1:0
"Atalanta" – "Empoli" 2:1

Almaniya Bundesliqası
XXV tur

"Borusiya" (Mönxenqladbax) – "Verder" 2:2

İngiltərə Premyer Liqası
XXVIII tur

"Notinqem Forest" – "Nyukasl" 1:2

Fransa 1-ci Liqası
XXVIII tur

"Lion" – "Nant" 1:1
  

writer photo
Əlirza Əlirzalı
0