Bu gün İspaniya La Liqasının IX turunda əzəli rəqiblər “Real”la “Barselona” üz-üzə gələcək.
Apasport.az saytının məlumatına görə, Rusiya millisinin sabiq futbolçuları Roman Pavlyuçenko və Aleksandr Mostovoy “El Klasiko”ya proqnozlarını veriblər.
Ötənlərin tanınmış simaları “Santyaqo Bernabeu”da baş tutacaq qarşılaşmaya fərqli variant təklif ediblər. Mostovoyun fikrincə, “Barselona” qonaq komanda olmasına baxmayaraq, hazırda daha yaxşı vəziyyətdədir. O, kataloniyalıların 2,90 əmsallıq qələbəsini təklif edib.
Pavlyuçenko isə qapalı oyun olacağını, “Real”ın meydança amilindən yararlanaraq qələbə qazanacağını proqnozlaşdırıb.
Qeyd edək ki, “Real” – “Barselona” oyunu Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.