Premyer Liqada çempionluq şansları açıqlandı - “Mançester Siti”...
17.01.2023 - 11:40
Premyer Liqada çempionluq şansları açıqlandı - “Mançester Siti”...

Superkompüter “Opta” Analitiki İngiltərə Premyer Liqasında cari mövsümünün sonunda komandaların çempionluq şanslarını hesablayıb.

Apasport.az saytı xəbər verir ki, əvvəllər alqoritm reytinqdə “Mançester Siti”ni lider hesab edirdisə, indi “Arsenal” ən böyük şansa malikdir - 51,4%.

Çempionatın hesabat turunda “Tottenhem”i 2:0 hesabı ilə məğlub edən lider “topçular” ən yaxın izləyicilərini 8 xal qabaqlayırlar. Məhz bu fərq “şəhərlilər”in göstəricisinin 45,4 faizə enməsinə səbəb olub. 

Alqoritmlər digər komandaların çempionluq şansını çox aşağı görür.

writer photo
Əlirza Əlirzalı
0