Qol SEVGİSİ
09.02.2023 - 17:28
Qol SEVGİSİ

Bukmeker kontorlarında növbəti böyük uduş qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, proqnozsevər dünən keçirilən 10 futbol matçına mərc gəlib.

Müxtəlif turnirlərin oyunlarına proqnoz verən betterin təxmini dəyişməz qalıb. O, bütün görüşlərə eyni variant qeyd edib. Kontorun müştərisi 10 qarşılaşmada da Q/Q gözləyib.

Proqnozsevər qollu kupona 20 funt sterlinq (41,11 manat) qoyub. Bu variantın əmsalı 370-ə bərabər olub.

Better sonuncu matçın – “Feyenoord”la “Neymegen”in qarşılaşmasında böyük həyəcan yaşayıb. 0:2 hesabı ilə geridə olan Rotterdamlılar 90-cı dəqiqədə Orkun Kökçünün qolu ilə fərqi azaldanda qol sevgisinə malik better “Feyenoord”dan da çox sevinib. Bu, ona 7 min 395,03 funt sterlinq (15 min 199 manat) uduş gətirib.

writer photo
Əlirza Əlirzalı
0