“Olimpiakos”un yeni transferi Marselo Avropa Liqasının qrup mərhələsinin III turunda “Qarabağ”la oyunda debüt edə bilər.
Apasport.az saytının Yunanıstan mətbuatına istinadən məlumatına görə, baş məşqçi Miçel braziliyalı ulduz futbolçunu Pireydə baş tutacaq görüşdə ilk dəfə meydana buraxmağı planlaşdırır.
34 yaşlı müdafiəçinin məşqlərdə gündən-günə forma yığması ispaniyalı çalışdırıcını sevindirir. Ancaq onun oktyabrın 2-də ölkə çempionatında “Atromitos”la matça hazır olması gözlənilmir. Marselo böyük ehtimalla Azərbaycan çempionu ilə qarşılaşmada ilk dəfə “Olimpiakos” formasını geyinəcək. Baş məşqçi oyunun gedişindən asılı olaraq ikinci hissədə onu meydana buraxmağı düşünür.
Qeyd edək ki, “Olimpiakos” – “Qarabağ” görüşü oktyabrın 6-da “Karaiskakis” stadionunda keçiriləcək.