Qonaqlara foralı üstünlük - PROQNOZ
15.06.2022 - 11:44
Qonaqlara foralı üstünlük - PROQNOZ

Bu gecə Braziliya A seriyasının XII turunun “Atletiko Paranaense” – “Korintians” oyunu keçiriləcək.

Apasport.az saytının məlumatına görə, futbol eksperti Dmitri Matorkin qarşılaşma ilə bağlı düşüncələrini bölüşüb.

Rusiyalı mütəxəssis mövsümə yaxşı başlanğıc edən “Korintians”ı cütün favoriti sayır:

“Atletiko Paranaense” mövsümə uğurlu start götürdü və hazırda 5-ci pillədədir. Halbuki komanda ötən mövsümü 14-cü yerdə başa vurmuşdu. Hazırda bu klubu əfsanəvi Luis Felipe Skolari çalışdırır. Onun rəhbərliyi altında “Atletiko” 8 matçdan yalnız 1-də uduzdu. Paranaenselilərin 7 oyunluq məğlubiyyətsizlik seriyası var ki, komanda onlardan 5-də qalib gəlib. “Atletiko” evdə keçirdiyi son 10 görüşün 7-də qələbə qazanıb və yalnız 2 dəfə uduzub.

“Korintians” isə 2017-ci ildə çempion olduqdan sonrakı mövsümlərdə ortabab kluba çevrildi. Yalnız ötən il onlar ilk “beşliy”ə düşə bildilər. İndi isə ikinci yerdədirlər.

“Atletiko Paranaense”nin 10 qarşılaşmasından 6-da ÜST gəlib, 5 dəfə isə Qol/Qol olub. Komanda cəmi 1 oyunda qol vura bilməyib. Bugünkü matçın da favoriti meydan sahibləridir. Üstəlik, onların ev performansı yaxşıdır. Amma onu da nəzərə alaq ki, “Korintians” son 10 görüşdən yalnız 1-də uduzub. Bu üzdən qonaqların qələbəsinə mərc etmək olar. Bunu fora ilə etdikdə, heç-heçə olarsa, pul geri qaytarılacaq.

Proqnozum: Fora 2 (0)

writer photo
Əlirza Əlirzalı
0