Ronaldodan Ərəbistanda ilk cərimə zərbəsi qolu - VİDEO
19.03.2023 - 00:42
Ronaldodan Ərəbistanda ilk cərimə zərbəsi qolu - VİDEO

Kriştianu Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanı çempionatında XXI turun görüşləri keçirilib.

Apasport.az xəbər verir ki, portuqaliyalı hücumçunun çıxış etdiyi "Əl-Nəsr" komandası evdə "Abha" ilə qarşılaşıb.

Meydan sahibləri 0:1 uduzduqları görüşdə fasilədən sonra geridönüş edə bilib. Ronaldo 78-ci dəqiqədə cərimə zərbəsindən qol vurub. Digər qolu "Beşiktaş"ın sabiq futbolçusu braziliyalı Taliska penaltidən rəqib qapısından keçirib – 2:1.

Qeyd edək ki, bu, Kriştianu Ronaldonun yeni klubunda cərimə zərbəsindən vurduğu ilk qol olub.

writer photo
Əlirza Əlirzalı
0