Bukmeker kontorlarında daha bir böyük uduş qeydə alınıb.
Apasport.az saytının məlumatına görə, proqnozsevər böyük əmsala kiçik məbləğ deyil, əksinə üstünlük verib.
Cəmi iki matça təxmin edən better sensasiyalı nəticələrə böyük məbləğdə vəsait qoymağa cəsarət tapıb. O, ötən həftəsonu baş tutan qarşılaşmalarda “Mançester Siti”nin “Tottenhem”ə, “Real”ın “Malyorka”ya uduzacağını proqnozlaşdırıb.
Bu kuponun əmsalı 8,96-ya bərabər olub. Müştəri bu varianta 223 min 127 rubl (5 min 243,48 manat) pul qoyub.
Meydan sahibləri betteri məyus etməyib. Hər iki görüşdə bir qol həlledici olub. Bu nəticələr proqnozsevərə 2 milyon rubl (47 min manat) uduş gətirib.