Bukmeker kontorlarında daha bir diqqətçəkən uduş qeydə alınıb.
Apasport.az saytının məlumatına görə, 23 oyunluq ekspress kupon proqnozsevərə böyük sevinc bəxş edib.
Better burada futbol, basketbol və hokkey matçlarına yer verib. O, toplu oyunlarda nəticələrə, hokkeydə isə vurulan qol saylarına mərc edib.
Bu kuponun əmsalı 1861,66-ya bərabər olub. Əsasən gözlənilən variantlara üstünlük verildiyindən ən yüksək əmsal 1,93, ən aşağı isə 1,10 təşkil edib.
Əmsallar nə qədər aşağı olsa da, proqnozsevər xeyli həyəcan yaşayıb. Həm futbol, həm basketbol, həm hokkey matçları arasında onu “validol”dan istifadə dərəcəsinə gətirənlər olub.
Belə qarşılaşmalardan biri də Misli Premyer Liqasında baş tutub. “Zirə”nin “Kəpəz”ə uduzmayacağını da kuponunda qeyd edən better 9 nəfərlə qalan bakılıların məğlubiyyətdən qaçması üçün 90+5-ci dəqiqəyədək əzab çəkib. Sərtan Taşkının bərabərlik qolu (2:2) onun kuponunu xilas edib.
Proqnozsevər bu kupona 1610 Rusiya rublu (39,76 manat) pul qoyub. Onun uduşu isə 2 milyon 997 min 273 rubl (74 min 32,64 manat) təşkil edib.