“Sevilya”nın hakimə rüşvət verdiyi iddia olunur
07.12.2023 - 20:38
UEFA “Sevilya” klubu ilə bağlı araşdırma apara bilər.
Apasport.az “El Partidazo de Cope”-yə istinadən xəbər verir ki, İspaniya klubu 2022/23 mövsümündə Avropa Liqasının finalını idarə edən hakim Entoni Teylora rüşvət verməkdə şübhəli bilinir.
UEFA təqdim olunan faktları yoxlamaq üçün ətraflı araşdırma aparmaq niyyətindədir.
Qeyd edək ki, Entoni Teylor Avropa Liqasının finalında İspaniya klubunun penaltilər seriyasında qalib gəldiyi “Sevilya” – “Roma” matçını idarə edib. Oyundan sonra İtaliya təmsilçisinin baş məqçisi Joze Mourinyo hakimi sərt şəkildə tənqid etmişdi.
0
0