“Şeytanlarla” birlikdə sevindi – CƏSARƏTLİ MƏRCDƏ UDUŞ
23.12.2022 - 14:04
“Şeytanlarla” birlikdə sevindi – CƏSARƏTLİ MƏRCDƏ UDUŞ

İngiltərə Liqa kubokunda 1/8 final mərhələsi başa çatıb.

Apasport.az saytının məlumatına görə, dekabrın 20-22-də keçirilən qarşılaşmalar təkcə mərhələ adlayan komandalar və onların azarkeşləri deyil, proqnozsevərlərdən bəzilərini də unudulmaz hisslər yaşadıb.

Belə betterlərdən biri “Mançester Yunayted” –“Bernli” oyununda sevinib. İlk yarısı meydan sahiblərinin aşkar üstünlüyü ilə keçən matçın fasiləsinədək bir qol vurulub. Kristian Eriksen qonaqları məyus edib.

Hadisələrin belə axarını görən proqnozsevər qarşılaşmanın Alt ilə nəticələnəcəyinə mərc edib.

O, fasilədə 809 min 883 rublluq (19 min 680,16 manat) qoyuluşa risk etməkdən çəkinməyib. Bu variantın əmsalı 2,15-lə dəyərləndirilib.

Bukmeker kontorunun müştərisi təxminində haqlı çıxıb. İkinci hissə də birincinin oxşarı olub. Düzdür, Markus Reşford artıq 57-ci dəqiqədə hesabı 2:0 edib.

Bundan sonra better yalnız qapıçılara “azarkeşlik etməli olub”. “Qırmızı şeytanlar”ın qolkiperi Martin Dubravka qonaqların fərqi artıqmaq cəhdlərinin qarşısını inamla alaraq proqnozsevərə qazanc gətirib. Yekunda mançesterlilər 2:0-lıq, müştəri isə 1 milyon 741 min 248 rubl (42 min 311,59 manat) uduşa sevinib.

writer photo
Əlirza Əlirzalı
0