Son 12 ildə transferlərə ən çox pul xərcləyən KLUBLAR
10.07.2022 - 22:40
Son 12 ildə transferlərə ən çox pul xərcləyən KLUBLAR

2010-cu ildən bəri transferlərə ən çox pul xərcləyən klubların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, son 12 ilin ən bədxərc komandası “Mançester Siti” olub.

“Şəhərlilər” bu müddət ərzində oyunçu transferlərinə 1 milyard 77 milyon 870 min avro xərc çəkib. “Mançester Siti” bu baxımdan 1 milyard avronu keçən yeganə klubdur.

Onları Mançester şəhərinin digər təmsilçisi “Mançester Yunayted” izləyir.

1. “Mançester Siti” - 1 milyard 77 milyon 870 min avro
2. “Mançester Yunayted” - 987 milyon 350 min
3. PSJ - 619 milyon 120 min
4. “Arsenal” - 601 milyon 640 min
5. “Çelsi” - 586 milyon 180 min
6. “Yuventus” - 577 milyon 220 min
7. “Barselona” - 530 milyon 170 min
 

writer photo
Əlirza Əlirzalı
0