“Böyük beşlik” ölkələrində mövsümün indiyə qədər olan dönəminin simvolik “11-liy”i açıqlanıb.
Apasport.az saytının məlumatına görə, rəmzi komanda 4-2-3-1 sxeminə uyğun qurulub.
Simvolik “11-lik”də ən çox oyunçu ilə təmsil olunan çempionat İngiltərə Premyer Liqasıdır (4). Klublardan isə “Mançester Siti”nin 3 futbolçusu ən yaxşılar sırasına salınıb.
Diqqətçəkən məqam “Napoli”nin gürcüstanlı hücumçusu Xviça Kvaratsxeliyanın “Top-5” liqalarda öz mövqeyinin ən yaxşısı hesab edilməsidir.
Qapıçı: Tibo Kurtua (“Real”);
Mərkəz müdafiəçiləri: Uilyam Saliba (“Arsenal”), Kim Min-Jae (“Napoli”);
Sol cinah müdafiəçisi: Nuno Mendeş (PSJ);
Sağ cinah müdafiəçisi: Joao Kanselo (“Mançester Siti”);
Mərkəz yarımmüdafiəçiləri: Federiko Valverde (“Real”), Coşua Kimmix (“Bavariya”);
Pleymeyker: Kevin De Bruyne (“Mançester Siti”);
Sol vinger: Neymar (PSJ);
Sağ vinger: Xviça Kvaratsxeliya (“Napoli”);
Hücumçu: Erlinq Haland (“Mançester Siti”).