Yunanıstan hökümətindən azarkeşlərlə bağlı radikal addım
11.12.2023 - 23:48
Yunanıstan hökümətindən azarkeşlərlə bağlı radikal addım

Yunanıstan növbəti iki ay ərzində azarkeşlərin stadionlara getməsini qadağan edib.

Apasport.az xəbər verir ki, bu barədə ölkə hökumətinin rəsmi nümayəndəsi Pavlos Marinakis məlumat verib. Bu qərar fan qruplarının zorakılığını dayandırmaq üçün bir tədbir olaraq qəbul edilib.

“Yunanıstan çempionatının bütün oyunları yaxın iki ay ərzində, yəni fevralın 12-dək bağlı qapılar arxasında keçiriləcək. Bu tədbir, həmçinin birinci peşəkar kateqoriyanın müvafiq komandalarının daxil olduğu Super Liqa 2 B komandalarının ev oyunlarına da şamil ediləcək.

2024-cü il fevralın 12-dək futbol oyunlarının təhlükəsiz keçirilməsi ilə bağlı hüquqi şərtlərə tam əməl edilmədikdə, onun tətbiqinin müddətinin uzadılması məsələsinə baxılması məqsədilə yuxarıda göstərilən qərarın icrasının nəticələrinə qiymət veriləcək. Məqsəd matç iştirakçılarının həyatı və fiziki toxunulmazlığı üçün risklərdən qaçmaq, həmçinin ictimai asayişi və təhlükəsizliyi mümkün qədər qorumaqdır" deyə Marinakis “Reuters”ə açıqlamasında deyib.

Beləliklə, stadionda azarkeşsiz ilk oyun “Olimpiakos”un Avropa Liqasında dekabrın 14-də Serbiyanın “Baka Topola” komandası ilə ev oyunu olacaq.

writer photo
Əlirza Əlirzalı
0