Eltac Səfərli şahmat turnirində çempion olub
21.07.2024 - 22:55
Eltac Səfərli şahmat turnirində çempion olub

Eltac Səfərli Belqradda təşkil olunan Serbiya Open-2024 şahmat turnirinin qalibi olub.

Apasport.az xəbər verir ki, o, 9 turdan sonra 7,5 xal toplayıb.

Şahmatçımız sonuncu turda Boyan Maksimoviçlə (Bosniya və Herseqovina) xalları yarıya bölüb. Bu, Eltaca 1-ci pillədəki mövqeyini qorumaq imkanı verib. Turnirin mükafat fondu 35 min avro olub.

Qeyd edək ki, Serbiya Open-2024-də 36 ölkədən 138 şahmatçı qələbə uğrunda mübarizə aparıb.

writer photo
Əlirza Əlirzalı
0