"Milan"a ispan müdafiəçi
27.11.2023 - 18:44
“Milan”ın 2024-cü ilin yayında heyətə cəlb edəcəyi ilk futbolçunun kimliyi bəlli olub.
Apasport.az xəbər verir ki, İtaliya klubu "Betis"in müdafiəçisi Xuan Miranda ilə müqavilə imzalayacaq.
23 yaşlı ispaniyalı mövsümün sonunda azad agent kimi “rossonieri”yə qoşulacaq. Artıq tərəflər arasında danışıqların müsbət yöndə yekunlaşdığı və prinsipial razılığın əldə olunduğu bildirilir.
Qeyd edək ki, bu mövsüm 11 matçda iştirak edən Miranda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0