Jurnalistlər arasında şahmat turniri keçiriləcək
16.07.2024 - 16:15
Jurnalistlər arasında şahmat turniri keçiriləcək

İyulun 21-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunan idman jurnalistləri arasında şahmat turniri keçiriləcək.

AŞF-dən apasport.az-a verilən məlumata görə, yarışın reqlamentinə əsasən hər oyuna 10 dəqiqə vaxt ayrılacaq və hər gedişə 5 saniyə əlavə ediləcək.

7 turdan sonra qaydalara uyğun olaraq ilk üç yeri tutan iştirakçılara diplom, pul mükafatı və hədiyyələr təqdim ediləcək.

writer photo
Əlirza Əlirzalı
0