Şahmat üzrə DÇ-də 10-cu tur keçirilib
12.06.2024 - 19:45
Şahmat üzrə DÇ-də 10-cu tur keçirilib

Hindistanın Qandinaqar şəhərində şahmat üzrə gənclər arasında dünya çempionatında 10-cu tur keçirilib.

Apasport.az xəbər verir ki, hesabat turunda şahmatçılarmız 2 qələbə qazanıblar.

Təmsilçilərimizdən Ayan Allahverdiya və Səbinə Rzalı maksimun nəticəyə imza atıblar. Onlar hindistanlı rəqiblərini mat ediblər. Nərmin Abdinova isə günü məğlubiyyətlə başa vurub.

Ayan bu qələbədən sonra 7,5 xalla 4-cü pillədə qərarlaşıb. Nərmin 6,5 xalla 11-ci, Səbinə isə 6 xalla 33-cüdür.

Sabah dünya çempionatında son tur keçiriləcək.

9-cu tur
Ayan Allahverdiyeva – Nair Svara Lakşmi (Hindistan) – 1:0
Nərmin Abdinova – Ravi Rakşitta (Hindistan) – 0:1
Tadavi Saniya (Hindistan) – Səbina Rzalı – 0:1

writer photo
Əlirza Əlirzalı
0