Fae postunda qaldı
20.02.2024 - 09:39
Emers Faenin Fil Dişi Sahili millisinin baş məşqçisi olaraq qalacağı rəsmiləşib.
Apasport.az xəbər verir ki, bu barədə Afrika ölkəsinin Futbol Federasiyasının mətbuat xidməti sosial şəbəkədəki səhifəsində məlumat verib.
40 yaşlı yerli mütəxəssis 2023-cü il Afrika Millətlər Kubokunun qrup mərhələsindən sonra komandanın sükanı arxasına keçib. O, bu postda 70 yaşlı fransız Jan-Lui Qassı əvəzləyib.
Qeyd edək ki, Fil Dişi Sahili millisi Faenin rəhbərliyi altında Afrika Millətlər kubokunun qalibi olub. Komanda finalda Nigeriyanı 2:1 hesabı ilə məğlub edərək kuboku başı üzərinə qaldırıb.
0
0