"Sabah" legioneri ilə sağollaşdı
14.06.2024 - 16:37
“Sabah” klubu ispaniyalı yarımmüdafiəçi Kristian Sebalyosla yollarını ayırıb.
Apasport.az klubun mətbutat xidmətinə istinadən xəbər verir ki, futbolçu ilə başa çatan müqavilənin müddəti yenilənməyib.
Qeyd edək ki, 31 yaşlı futbolçu 2021-ci ildən paytaxt təmsilçisinin formasını geyinir. O, komandanın heyətində meydana çıxdığı 29 oyunda 5 qolla yadda qalıb.
0
0