Şahmatçılarımız beynəlxalq turnirdə mübarizə aparırlar
08.05.2024 - 11:58
Şahmatçılarımız beynəlxalq turnirdə mübarizə aparırlar

Birləşmiş Ərəb Əmirliklərində şahmat üzrə “Dubai Police Global Chess Chalenge” yarışı keçirilir.

Apasport.az xəbər verir ki, 4 turdan sonra təmsilçilərimiz arasında ən yaxşı nəticə Xaqan Əhmədə məxsusdur. 12 yaşlı şahmatçı 4 oyunda 3 xal toplayıb və 6-21-ci yerləri bölüşür.

Digər şahmatçılarımızdan Aydın Süleymanlı 2,5 xalla 56-cı, Eltac Səfərli isə 2 xalla 76-cı pillədədir.

writer photo
Əlirza Əlirzalı
0