Yeniyetmələrin şahmat olimpiadasına start verilib
07.08.2024 - 11:53
Yeniyetmələrin şahmat olimpiadasına start verilib

Azərbaycanda yeniyetmələrin şahmat olimpiadasına start verilib.

Apasport.az xəbər verir ki, 16 yaşadək yeniyetmələrin mübarizəsi Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə Qax Olimpiya İdman Kompleksində keçirilir.

Yarışda Azərbaycanın 26 şəhər və rayonundan 45 şahmat təşkilatı təmsil olunur. Ümumilikdə olimpiadada 482 yeniyetmə iştirak edir.

Əsasnaməyə görə A qrupunda 2008-2013, B qrupunda isə 2014-cü il təvəllüdlü - 10 yaş və daha kiçik şahmatçılar mübarizə aparır.

Turnirə avqustun 15-də yekun vurulacaq.

Qeyd edək ki, yarışın baş hakimi Qüdrət İsmayılovdur.

writer photo
Əlirza Əlirzalı
0