17 ildən sonra İLK
26.10.2022 - 09:25
“Milan” son 17 ildə ilk dəfə Çempionlar Liqasında səfər matçında 4 qol vurub.
Apasport.az saytının məlumatına görə, bu, qrup mərhələsinin V turunda “Dinamo” ilə Zaqrebdəki görüşdə baş tutub.
Stefano Piolinin yetirmələri Xorvatiyada “Dinamo”nu darmadağın edib - 4:0. “Rossonyerlər” sonuncu dəfə 2005-ci ilin noyabrında “Fənərbaxça”ya səfərdə 4 qol vurmuşdu. Ümumilikdə İtaliya klubunun tarixində dörd belə hadisə olub.
Qeyd edək ki, “Milan” E qrupunda son tur öncəsi 7 xalla ikinci pillədə qərarlaşıb.
0
0