Sentyabrın 8-də Avropa Liqasında mübarizəyə başlayacaq “Qarabağ” ilk oyununda “Frayburq”la görüşəcək.
Apasport.az saytının məlumatına görə, bu qarşılaşma Azərbaycan və Almaniya klublarının 9-cu dueli olacaq.
Əvvəlki 8 matç da Avropa Liqasına təsadüf edib. İki ölkə təmsilçiləri 4 dəfə pley-offda, 4 dəfə qrupda üz-üzə gəlib.
Baş tutan bütün qarşılaşmalarda Almaniya klubları qələbə qazanıb. 8 oyunda 8 qələbəsi olan Bundesliqa təmsilçiləri top fərqində də böyük üstünlüyə malikdir – 21:4. Fərqin belə olmasında iki böyükhesablı nəticənin də rolu az deyil. Hər iki fərqli qələbəyə Dortmund “Borussiya”sı imza atıb.
“Qarabağ”ın özü də 4 dəfə almaniyalılara uduzub. Ağdam klubu pley-offda “Borussiya” və “Ayntraxt”la görüşlərdə məğlubiyyətdən qaça bilməyib.
2010/11 mövsümü, Avropa Liqası, pley-off
19 avqust. “Borussiya” (Dortmund, Almaniya) – “Qarabağ” - 4:0
26 avqust. “Qarabağ” - “Borussiya” (Dortmund, Almaniya) - 0:1
2013/14 mövsümü, Avropa Liqası, pley-off
22 avqust. “Qarabağ” – “Ayntraxt” (Frankfurt, Almaniya) - 0:2
29 avqust. “Ayntraxt” (Frankfurt, Almaniya) – “Qarabağ” - 2:1
2015/16 mövsümü, Avropa Liqası, qrup
22 oktyabr. “Qəbələ” – “Borussiya” (Dortmund, Almaniya) – 1:3
5 noyabr. “Borussiya” (Dortmund, Almaniya) – “Qəbələ” – 4:0
2016/17 mövsümü, Avropa Liqası, qrup
29 sentyabr. “Qəbələ” – “Mayns” (Almaniya) – 2:3
8 dekabr. “Maynts” (Almaniya) – “Qəbələ” – 2:0