Avrokubok tarixinin ən qolçu AFRİKALILARI
28.10.2022 - 16:00
Avrokubok tarixinin ən qolçu AFRİKALILARI

Avrokuboklarda ən çox qol vuran afrikalı futbolçuların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıya “Liverpul”un hücumçusu Məhəmməd Salah başçılıq edir.

Misirli forvard Çempionlar Liqasının qrup mərhələsinin V turunda “Ayaks”la (3:0) matçda fərqlənərək Afrika qitəsinin ən məhsuldar oyunçusuna çevrilib. O, “Çelsi”nin sabiq hücumçusu Didye Droqbanın rekordunu yeniləyib. Salah 51 qoldan 7-ni “Bazel”in, 1-ni “Fiorentina”nın, 3-nü “Roma”nın, 40-nı isə “Liverpul”un heyətində vurub. Bu toplardan 46-sı Çempionlar Liqasında, 5-i isə Avropa Liqasında qeydə alınıb.

Karyrasını davam etdirənlər arasında Pyerr-Emerik Obameyanq 4-cü, Sadio Mane isə 6-cı pillədə qərarlaşıb.

Yer 

Futbolçu

Dönəm

Ölkəsi

Qol sayı

Oyun sayı

1

Məhəmməd Salah

2013-

Misir

51

115

2

Didye Droqba

2003-2015

Fil Dişi Sahili

50

102

3

Samuel Eto

1999-2015

Kamerun

48

113

4

Pyerr-Emerik Obameyanq

2009-

Qabon

42

92

5

Corc Vea

1988-2000

Liberiya

35

62

6

Sadio Mane

2013-

Seneqal

35

82

7

Benni Makkarti

1997-2008

Cənubi Afrika

32

76

8

Frederik Kanute

1997-2012

Mali

31

70

9

Seydu Dumbiya

2008-2018

Fil Dişi Sahili

29

50

writer photo
Əlirza Əlirzalı
0