PSJ-də DÇ-2022 üçün güzəşt olmadı
12.11.2022 - 14:07
PSJ-də DÇ-2022 üçün güzəşt olmadı

PSJ-nin baş məşqçisi Kristof Qaltye DÇ-2022 öncəsi heç bir futbolçuya istirahət verməyib.

Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis Fransa Liqa1-in XV turunda “Oser”lə matçda sağlam oyunçuların hamısının sərəncamında olmasını tapşırıb.

Qaltye bildirib ki, heç bir futbolçu dünya çempionatına görə istirahət etmək arzusunda olduğunu və “Oser”lə sabahkı qarşılaşmanı buraxmaq istədiyini ona bildirməyib. Daha əvvəl argentinalı hücumçu Lionel Messinin istirahət etmək istədiyi yazılırdı.

Qeyd edək ki, sabahkı PSJ – “Oser” oyunu Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0