İngiltərədən qol rekordu
05.12.2022 - 09:36
İngiltərədən qol rekordu

İngiltərə özünün dünya çempionatlarındakı məhsuldarlıq rekordunu təkrarlayıb.

Apasport.az saytının məlumatına görə, Qaret Sautqeytin yetirmələri Qətərdəki DÇ-2022-də artıq 12 qol vurub.

Futbolun yaradıcıları 1/8 finalda Seneqalı 3:0 hesabı ilə darmadağın edib. Bununla da İngiltərənin qol sayı 12-yə çatıb. Britaniyalılar DÇ-1998-də də 12 qol vurub.

Qeyd edək ki, İngiltərə 1/4 finalda Fransa ilə qarşılaşacaq.
 

writer photo
Əlirza Əlirzalı
0